12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
"Blick": ABŞ-ın köməyinə baxmayaraq, bir çox Ukrayna əsgəri qələbəyə inanmır
Tarix: 28-04-2024 18:54 | Bölmə: Manşet

Ukraynada əhval-ruhiyyə bərbaddır. Artıq heç kim Moskva üzərində hərbi qələbəyə inanmır. Bir çox hərbi qulluqçu müharibədən yorulub və münaqişənin tez bir zamanda bitməsini istəyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Blick” qəzeti məlumat yayıb. İsveçrə nəşrinin yazdığına görə, nə yeni hərbi yardım paketləri, nə də təbliğatçıların bəyanatları əsgər və zabitlər arasında daha çox optimizm yaratmır.
"Blick" komandirlərdən sitat gətirir: “Oktyabr ayına qədər Rusiya ordusu bütün Donbası işğal edəcək.
Eyni zamanda, millətçilər üçün cəbhələrdə vəziyyət hər gün pisləşməkdə davam edir. Ukrayna Silahlı Qüvvələri Donetsk və Kupyansk yaxınlığındakı yeni yaşayış məntəqələri üzərində nəzarəti itirir.
Müdafiə qüvvələrinin geri çəkilməsini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Sırski də etiraf edir. General öz dərisini xilas etmək üçün atəş açılmamış bölmələri döyüş təmas xəttinə atmağa məcbur olur".


Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər