Bütün xəbərlər
G7 ölkələri nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaq niyyətindədir
Tarix: 30-04-2024 18:45 | Bölmə: Manşet

G7 ölkələrinin səlahiyyətliləri nüvə enerjisi sahəsində Rusiyadan asılılığını azaltmağa davam edəcək və digər dövlətlərə də bu işdə dəstək verəcəklər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İtaliyanın Turin şəhərində G7 ölkələrinin energetika nazirlərinin iştirakı ilə konfrans keçirilib. Yekun bəyanatda Rusiya ilə nüvə texnologiyaları sahəsində əməkdaşlığı azaltmaq və atom elektrik stansiyaları üçün yanacaq alışını azaltmaq niyyəti var.
TASS xəbər verir ki, Qərbin əsas enerji istehsalçıları Rusiyanın təsirini istisna edən alternativ yanacaq tədarükü zəncirləri yaratmağı öhdələrinə götürüblər. Atom elektrik stansiyalarında Rusiya reaktorlarını işlədən ölkələr əməkdaşlığa cəlb olunacaqlar. Qərb onlara yanacaq və stansiyalar üçün ehtiyat hissələrinin tədarükü üçün alternativ müqavilələr təqdim edə biləcək.
Konfransda bildirilib ki, nüvə enerjisi qalıq yanacaqlardan asılılığı azaltmaq üçün ekoloji cəhətdən təmiz bir üsuldur. Nazirlər nüvə enerjisinin tətbiqi və inkişafı, eləcə də nüvə tullantılarının idarə olunması sahəsində gələcək inkişaf və təcrübə mübadiləsi haqqında razılığa gəliblər.


Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər