Bütün xəbərlər
ABŞ Ədliyyə Departamenti: Nyu-York sakini Rusiya Federasiyasına qeyri-qanuni olaraq texnologiya ixrac etməkdə təqsirli bilinib
Tarix: 01-05-2024 11:52 | Bölmə: Karusel

Nyu-Yorkun 36 yaşlı sakini Nikolay Qriqoryev Amerika hərbi texnologiyalarının qeyri-qanuni olaraq pilotsuz təyyarələrin istehsalı ilə bağlı Rusiya şirkətlərinə ötürülməsi sxemini təşkil etməkdə təqsirli bilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin məlumatına görə, Qriqoryev Rusiya hərbi pilotsuz təyyarələrində istifadə olunan ikili təyinatlı elektronikanın qanunsuz ixracı üzrə sui-qəsddə təqsirli bilib. Köçürülmüş texnologiyanın məbləği 250 min dolları ötüb.
Qriqoryevi 5 ilə qədər həbs gözləyir. Hökm müddəti hələ təyin edilməyib.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər