Bütün xəbərlər
"İndependent": Dortmund Kloppu geri qaytarmağı planlaşdırır
Tarix: 01-05-2024 22:49 | Bölmə: Digər

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Dortmund "Borussiya"sına qayıtmağı planlaşdırır.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu variant hazırda Almaniya klubunun rəhbərliyi tərəfindən araşdırılır.
Bu barədə "İndependent" xəbər verir. Mənbənin sözlərinə görə, Klopp Dortmundun rəhbər vəzifələrindən birində görünür. Qeyd olunur ki, klub onu 2025-ci ilin yayına qədər dəvət etmək variantı üzərində işləməyə hazırdır.
Xatırladaq ki, yanvarda Klopp cari futbol mövsümünün sonunda "Liverpul"un baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı. O, qərarını “enerjisinin tükəndiyini” söyləməklə əsaslandırıb.
O, 2015-ci ildən "Borussiya"dan keçdiyi "Liverpul"a rəhbərlik edir.



Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər