Bütün xəbərlər
FA: Ukrayna İstanbul razılaşmalarından əvvəl ABŞ-la məsləhətləşmədi
Tarix: 16-04-2024 16:30 | Bölmə: Manşet

“Foreign Affairs” jurnalı keçmiş amerikalı məmura istinadən yazır ki, Kiyev 2022-ci ildə Rusiya ilə İstanbul müqavilələrini imzalamadan əvvəl Vaşinqtonla məsləhətləşməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin qeyd etdiyinə görə, ABŞ İstanbulda imzalanmış müqavilələrə əməl olunmasının təminatçısı kimi çıxış etməli idi. Əgər razılaşmalar pozulsa, o zaman Amerika tərəfi münaqişəyə girməyə məcbur olacaq. Lakin bu, keçmiş rəsminin fikrincə, razılaşmanı ABŞ üçün əlverişsiz edəcək.
FA vurğulayır ki, Qərb ölkələri diplomatik proses aparmaq əvəzinə Ukraynaya getdikcə daha çox silah vurur və Rusiya Federasiyasına müxtəlif sanksiyalarla təzyiqləri artırır.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin qərarından narazılığını bildirib.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər