12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Zelenski: "Kiyev və Vaşinqton 10 illik dəstək haqqında danışıqlar aparır"
Tarix: 28-04-2024 21:50 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski deyib ki, ABŞ və Ukrayna təhlükəsizlik sazişi üzərində işləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, aydınlaşdırıb ki, söhbət 10 il müddətinə - hərbi, iqtisadi, siyasi və birgə silah istehsalı sahəsində dəstəkdən gedir.
Zelenski əlavə edib ki, Birləşmiş Ştatlar ilə razılaşma digər ölkələrlə bağlanmış bütün oxşar sazişlərdən ən güclüsü olmalıdır.
Xatırladaq ki, Kiyev rejimi bir çox Qərb dövlətləri ilə oxşar sənədlər imzalayır. Xüsusilə, Fransa və Almaniya ilə müqavilələr 2024-cü ilin fevralında bağlanıb. Məlumdur ki, Paris Kiyevə 3 milyard avro hərbi yardım ayıracağına söz verib.
Yanvarda eyni sənəd Böyük Britaniya ilə də imzalanıb.


Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər