Bütün xəbərlər
De Yonq "Real Madrid"lə oyunda zədələnib və Avro-2024-ü buraxa bilər
Tarix: 22-04-2024 16:44 | Bölmə: Manşet

İspaniyanın “Barselona” klubunun hollandiyalı yarımmüdafiəçisi Frenki de Yonq “Real”la oyunda ciddi zədə alıb və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Real"la matçın (2:3) ilk hissəsinin lap sonlarında "Barsa"nın aparıcı futbolçularından biri zədələnib. Hollandiya millisinin futbolçusu qapıya zərbə endirmək istəyən Federiko Valverde ilə toqquşub və meydanı xərəkdə tərk edib.
"Diario Sport" insayderlərinin verdiyi məlumata görə, tibbi müayinə zamanı de Yonqun sağ topuğunun bağlarında ciddi qırılma olduğu məlum olub. Bu cür zədədən sağalma dörd-yeddi həftə çəkir.
Yarımmüdafiəçi bu mövsüm bir daha "Barselona"da oynamayacaq və həkimlər hələ ki, de Yonqun 2024-cü il Avropa çempionatında milli komandada oynamağa hazır olacağına zəmanət verə bilməzlər. Bu, futbolçunun müalicəsinin gedişindən və sağalmasından asılı olacaq.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər