Bütün xəbərlər
Yaponiya atom elektrik stansiyasının turbin otağında yanğın baş verib
Tarix: 01-05-2024 11:40 | Bölmə: Dünya

Yaponiyalı mütəxəssislər Şimane Atom Elektrik Stansiyasında baş verən yanğının səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “RİA Novosti” Yaponiyanın “Chugoku Electric Power” enerji şirkətinin “Şimane” atom elektrik stansiyasında baş vermiş insidentlə bağlı məlumat yayıb.
İlkin məlumatlara görə, aprelin 30-da günorta saatlarında AES-in ikinci enerji blokunun turbin otağında müvəqqəti paylayıcı paneldə yanğın baş verib. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Tələfat və ətraf mühitə hər hansı mənfi təsir qeydə alınmayıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər