Bütün xəbərlər
Bayden Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girməsinə qoyulan qadağanı uzadıb
Tarix: 16-04-2024 23:27 | Bölmə: Manşet

ABŞ prezidenti Rusiya ilə hər hansı əlaqəsi olan gəmilərin Amerika limanlarında qəbuluna qoyulan qadağanı bir il müddətinə uzadıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Ev müvafiq sənədləri paylayıb.
Rusiya ilə əlaqəli gəmilərin qəbulu ilə bağlı qadağa hələ 2022-ci ilin aprelində ABŞ-da qəbul edilib. Ancaq istisnalar da var. Məsələn, gəmi mənbə materialları, nüvə yan məhsulları və ya xüsusi nüvə materialları daşıdıqda qadağa tətbiq edilmir.
Artıq Amerika Konqresinə Co Baydenin qərarı barədə məlumat verilib.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər