Bütün xəbərlər
Pentaqon: ABŞ bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələrini Almaniyadan sursatla təmin edə biləcək
Tarix: 21-04-2024 18:09 | Bölmə: Manşet

Pentaqonun sözçüsü general Patrik Rayder bildirib ki, ABŞ hərbi yardım qanun layihəsini imzaladıqdan sonra bir neçə gün ərzində Almaniyadakı anbarlardan Ukrayna ordusunu sursatla təmin edə biləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "New York Times" Ryderdən sitat gətirir: "Bizim çox etibarlı logistikamız var. Transferi bir neçə gün ərzində həyata keçirə bilərik".
Onun sözlərinə görə, sursat dəmir yolu ilə daşınacaq.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Senatı Ukraynaya yardım haqqında qanun layihəsini tez bir zamanda təsdiq etməyə çağırıb. Xatırladaq ki, aprelin 20-də ABŞ Konqresi Kiyev rejiminə 60,8 milyard dollar yardımın ayrılmasını təsdiqləyib.




Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər