Bütün xəbərlər
Məhkəmə Trampı məhkəməyə hörmətsizlik və sosial şəbəkələrdəki paylaşımlarına görə cərimələyib
Tarix: 30-04-2024 21:33 | Bölmə: Dünya

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı Truth sosial şəbəkəsindəki nəşrlərə görə 9 min dollar cərimələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəb, proses tərəflərinin porno aktrisa Stormi Danielsə ödənişləri ilə bağlı iş üzrə şərhləri dərc etməyi qadağan edən əmrin pozulması olub. Tramp bunu 9 dəfə pozub.
Məhkəmə eks-prezidentə sosial şəbəkədən “təhqiredici” nəşrləri, habelə seçkiqabağı təşviqat saytından mesajları silməyi tapşırıb.
Bundan əlavə, Tramp məhkəməyə hörmətsizlik etdiyinə görə 2000 dollar cərimə olunub, TASS yazır.
Nyu-York məhkəməsində baxılan porno aktrisa Stormi Danielsə (əsl adı Stefani Klifford) da daxil olmaqla, iki qadına ödənişlərlə bağlı sənədlərin saxtalaşdırılması işi Trampa qarşı qaldırılan işlərdən yalnız biridir. Mediada yayılan məlumatlara görə, onun vəkili Maykl Koen 2016-cı il prezident seçkiləri öncəsi porno aktrisaya Trampla münasibəti barədə susması üçün ona 130 min dollar ödəyib.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər