Bütün xəbərlər
Qazaxıstanda rəqəmsal inkişaf naziri vəzifəsindən azad edilib
Tarix: 30-04-2024 21:37 | Bölmə: Karusel

Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər verir ki, rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin tutduğu vəzifədən azad edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının müvafiq fərmanı aprelin 30-da dərc olunub.
Bağdat Batırbekoviç Musin — Qazax dövlət xadimi. 3 mart 1983-cü ildə Ekibastuz şəhərində anadan olub.
2004-cü ildə Süleyman Dəmirəl Universitetinin Kompüter Elmləri və Proqram təminatı fakültəsini bitirib. Sonra Qazaxıstan Hüquq və Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub, iki ildən sonra hüquqşünas ixtisası ilə oranı bitirib.
2020-ci il sentyabrın 2-dən Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye naziri vəzifəsində çalışıb. Qazax, rus, ingilis və türk dillərində danışır.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər