12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
"Monde": Fransa hələ də İsrailə silah verməkdən imtina etməyib
Tarix: 28-04-2024 21:56 | Bölmə: Manşet

Fransa İsrailə hissələrin və silahların ixracının həcmini azaldıb, lakin bir sıra digər Avropa ölkələrindən fərqli olaraq bundan tamamilə imtina etməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar günü “Monde” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
İndi Fransanın İsrailə hərbi ixracatı minimuma endirilib. Nəşrin məlumatına görə, Paris ötən ilin sonunda artilleriya mərmilərinin istehsalında istifadə oluna bilən komponentlərin Yaxın Şərqə ixracını dayandırıb.
Həmçinin, Fransa artıq Qətər və Hindistana İsrail istehsalı olan dəbilqəyə quraşdırılmış hədəf təyinetmə sistemi ilə Rafale döyüş təyyarələri vermir.
Bununla belə, ölkələr arasında əməkdaşlıq tam pozulmayıb, material qeyd edir.


Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər