Bütün xəbərlər
ESPN: "Mançester Yunayted" Reşfordu 70 milyon avroya satmağa hazırdır
Tarix: 30-04-2024 21:21 | Bölmə: Karusel

"Mançester Yunayted" hücumçusu Markus Reşfordu satmağa hazırdır. 26 yaşlı ingilis gələn yay klubunu dəyişə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Portalın məlumatına görə, bu, yalnız potensial alıcının 70 milyon avro ödəməyə hazır olduğu halda baş verə bilər. “Mançester Yunayted” futbolçunu ucuz qiymətə satmağa hazır deyil.
Xatırladaq ki, Reşford 2016-cı ildən “Yunayted”də çıxış edir. Futbolçunun "qırmızı şeytanlar"la hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 40 klub matçında iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər