Bütün xəbərlər
Kursk bölgəsi Ukraynadan bir sıra hücumlara məruz qalıb
Tarix: 01-05-2024 22:39 | Bölmə: Karusel

Çərşənbə günü, mayın 1-də Kursk vilayəti Ukraynadan bir sıra hücumlara məruz qalıb. Bu barədə vilayətin qubernatoru Roman Starovoyt özünün Telegram kanalında məlumat verib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gün ərzində Yelizavetovka kəndi, Kozino kəndi və Krupets keçid məntəqəsi hücuma məruz qalıb.
Bir sıra kəndlər yaxınlığında Ukrayna pilotsuz təyyarələri də zərərsizləşdirilib. Daha bir neçə pilotsuz təyyarə Tetkino kəndində məhv edilib. Starovoit bildirib ki, PUA-lardan biri şəxsi avtomobilə ziyan vurub.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər