Bütün xəbərlər
Nijni Novqorod Dumasının sədri mənimsəmə ittihamı ilə həbs edilib
Tarix: 30-04-2024 14:47 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mənimsəmə işi üzrə Nijni Novqorod Şəhər Dumasının sədri Oleq Lavriçev 2 ay müddətinə həbs edilib.
"26 iyun 2024-cü il daxil olmaqla, həbs qətimkan tədbiri seçilsin", - hakim Sergey Şuvalov hökmü elan edib, TASS müxbiri xəbər verir.
Aprelin 28-də Lavriçev humanitar konvoyla gəldiyi Donetskdə saxlanılıb. Daha sonra onu Nijni Novqoroda apardılar. O, Arzamas cihazqayırma zavodu üçün rentgen və ultrasəs aparatlarının alınması zamanı 22 milyon rubl məbləğində mənimsəmədə ittiham olunur.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər