12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Gürcüstanın baş naziri: "Biz narahatlığa baxmayaraq, xarici agentlər haqqında qanunu qəbul edəcəyik"
Tarix: 01-05-2024 20:58 | Bölmə: Siyasət

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin hakim partiyası etirazlardan yaranan narahatlığa baxmayaraq, xarici agentlər haqqında qanun layihəsini qəbul edəcək.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, mətbuat konfransında fikirlərini bölüşüb.
Kobaxidzenin sözlərinə görə, yuxarıda qeyd olunan qanun layihəsinin qəbulundan yaranan diskomfort bir neçə gün davam edəcək. Bununla belə, Gürcüstanın baş naziri vurğulayıb ki, uzunmüddətli perspektivdə onlar dövləti qütbləşmə və radikalizmdən sığortalayacaqlar.
İrakli Kobaxidze onu da diqqətə çatdırıb ki, xarici agentlər haqqında qanunun qəbulu ölkənin Avropa İttifaqına inteqrasiyasını sürətləndirəcək.
Tbilisidə bir gün əvvəl parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz aksiyası keçirilib. Aksiya zamanı 63 nəfər saxlanılıb.
Bu arada bildirilir ki, Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. 83 nəfər lehinə, 23 nəfər isə əleyhinə səs verib. Səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər