20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Təzəpir” məscidinin altındakı “XƏZİNƏ”
Tarix: 04-08-2019 19:30 | Bölmə: Manşet

Şeyxülislamlıq Muzeyi nəyi təqdim edəcək?
Hər bir dövlətin ictimai-siyasi tarixini öyrənmək üçün muzeylərin xüsusi əhəmiyyəti var. Maddi-mədəni nümunələr, tarixin süzgəcindən keçmiş eksponatlar, qədim kitabələr vətəndaşlara mənsub olduğu ölkənin tarixi barədə aydın təsəvvür yaradır. Bununla yanaşı, bu müzeylər həm də dünya arxivlərində yer almış sənədlərin toplanması üçün vacib məkanlardandır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tarixi bu baxımdan Azərbyacan dövlətinin mühüm səhifələrindən biridir. Dini mərkəz olaraq QMİ son 150 ildə özünün ibrətli tarixi ilə azərbaycanlı müsəlmanların avanqardı olaraq çıxış edib və tarixin müxtəlif çağlarında cəsarətli maarifçi fikirlərin təbliğində iştirak edib.
Bu ilin may ayında QMİ-nin müqəddəs Ramazanla bağlı verdiyi iftar süfrəsində Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislamlıq Muzeyinin yaradılmasının vacibliyini vurğulayıb. Dövlət başçısının fikrincə, belə bir muzey mərkəz kimi fəaliyyət göstərərək, ölkədə yürüdülən multkultural siyasəti insanlara əyani nümayiş etdirə biləcək.
Şeyxülislam Allahşükür Paşazadə “Real” TV-yə müsahibəsində dövlət başçısının bu təklifini yüksək dəyərləndirib. QMİ sədri bildirib ki, burada söhbət Allahşükür Paşazadədən yox, Şeyxülislamlıqdan gedir:
“Məndən əvvəlki şeyxülislamların həyatını, fəaliyyətini, din tariximizi xalqa çatdırmaq baxımından vacib təklifdir. Onlar bu gün dünyada yoxdurlar, amma bu din xadimləri azərbaycançılıq üçün böyük işlər görüblər.
Mənim özümün 17 dövlətdən orden və mükafatlarım var. Bütün bunlar mənim deyil, xalqındır. Bu mükafatlar Azərbaycandakı tolerantlığa, dinlərarası dialoqa, dövlətin mənim üçün yaratdığı şəraitə verilən qiymətdir. Bu mükafatların hamsını həmin açılacaq muzeydə öz yerini tutmalıdır. Mənə verilən hədiyyələr var. Onları özümdə saxlayıram. Məsələn, Səudiyyə kralının hədiyyə olaraq verdiyi Kəbə qapısının örtüyünün qiyməti yoxdur. Muzeyin açılışını gözləyirəm, bütün hədiyyələri ora verəcəyəm”.
Şeyx müzeyin İçərişəhərdə açılmasını təklif edib.
Çox maraqlı ideya olan bu təklif bir sıra amillərə görə mühümdür.
Azərbaycanda din və dini fəaliyyətin tarixi çox keşməkeşli olub. Xüsüsən ateist sovet ideologiyasının hökm sürdüyü zamanda repressiyalara məruz qalmış ruhani elitasının acı taleyi öz izini müsəlman icmasında da saxlayıb.
Son 200 ilin müxtəlif ideoloji quruluşlarında yaşayan ölkəmizin müsəlman cameəsi inancını və dinin sabitqədəmliyini məhz nüfuzlu din xadimlərinin sayəsində qoruya bilib. Böyük əzablar bahasına olsa da, islam dini bu illərdə Azərbaycan xalqının formalaşması üçün mühüm amillərdən biri kimi çıxış edib və xalqın öz milli köklərini saxlamasında müstəsna rol oynayıb. Bütün bu tarixin indiki nəslə təqdim edilməsi yaxşı olardı.
Yaradılacaq müzeydə Azərbaycanın bütün şeyxülislamlarının, nüfuzlu ruhanilərinin, sovetlərin repressiya illərində cəzalandırılmış din xadimlərinin fəaliyyəti əks oluna, ölkəmizin dini həyatı, onun tarixi təqdim edilə bilər. Xarici ölkələrdə, şəxsi kolleksiyalarda saxlanılan müxtəlif dini atributlar, əşyalar Muzey üçün gərəkli vəsaitdir.
Fikrimizcə, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan kitabxana belə bir muzeyin yaradılması üçün əsas ola bilər. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə əsaslı təmir olunan "Təzəpir" məscidində müasir tələblərə cavab verən kitabxana təşkil edilib.
Bu kitabxanada qədim və qiymətli kitablarından ibarət bir “xəzinə” yerləşir. Təzəpir məscidində fəaliyyət göstərən kitabxana xarici ölkələrdən rəsmi səfərlərə gələn qonaqların da ziyarət etdiyi əsas məkanlardan biridir.
Kitabxana "Qurani Kərim"in qədim əlyazmaları, təfsir, hədis, elmi-dini, astronomiya, tarix, coğrafiya sahələrini əhatə edən kitablarla zəngindir. Mərkəzin qədim kitablardan ibarət zəngin irsi Azərbaycanın din tarixinin öyrənilməsi üçün samballı töhfədir.
Kitabxananı gəzdikcə, şkaflarda saxlanılan nadir əlyazma və kitabları vərəqlədikcə, saralmış səhifələrdən böyük bir tarix boylanır.
Burada əsasən XVII əsrin sonu XVIII əsrin əvvəllərinə dair çox qiymətli əlyazmalar saxlanılır. Ən qədim kitabın 500 yaşı var və Şah İsmayıl Xətainin dövründə tərtib olunub. Üzlüyü dana dərisindən olan kitablar dövrünün xəttatları tərəfindən nəfis xətlə işlənib. Hər xəttatın kitaba vurduğu möhür sayəsində onun kim tərəfindən və nə vaxt yazıldığını müəyyən etmək olur. Kitablar xüsusi temperaturda saxlanılır. Mərkəzdə dünyanın heç bir kitabxanasında mövcud olmayan və ya cəmi iki-üç nüsxəsindən biri olan kitablar da var.
Burada həmçinin "Qurani Kərim" və digər elm sahələrinə aid çoxlu əlyazmalar var. Kitabxana fondunda daşbasma, qurğuşuntökmə üsulu ilə çap olunmuş və əlyazma şəklində olan 7300 qədim kitab mühafizə olunur. Daşbasma üsulu ilə çap olunan kitabların yaşı 150-200 ildir.
Şeyxülislam Allahşükür Paşazadənin öz şəxsi əlaqələri hesabına əldə etdiyi, ona verilmiş hədiyyələr bu kitabxanaya verilib. Hazırda mərkəzdə Azərbaycan, türk, ərəb, fars, ingilis və başqa dillərdə çap olunmuş 10 min nüsxə kitab saxlanılır.
Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Tiflisdə saxlanılan arxivi də Şeyxülislamlıq Muzeyi üçün zəngin baza sayıla bilər. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin 1823-ildən 1918-ci ilə qədərki böyük arxivi Gürcüstanın paytaxtı Tiflisdədir.
Azərbyacan Cumhuriyyəti dövründə - 1918-ci ilin dekabrında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Tiflisdən Bakıya köçürülsə də, özünün arxiv və kitabxanasını gətirməyə imkan tapmayıb. Sovet Rusiyası tərəfindən 1920-ci ildə Azərbaycan işğal edilib və QMİ-nin fəaliyyəti qadağan olunub. Çox sayda dini ədəbiyyat kütləvi şəkildə məhv edilib. Yalnız 1944-cü ildə SSRİ-nin siyasi səbəblər üzündən fəaliyyətinə icazə verdiyi Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 1980-ci ilə qədər öz kitabxanasını yarada bilməyib. Şeyxülislam Allahşükür Paşazadə QMİ sədri seçildikdən sonra bu istiqamətdə işlər görülməyə başlayıb. İdarə bütün manelərə baxmayaraq, kitabxana işinin təşkili üçün səy göstərib.
SSRİ dövründə "Qurani-Kərim"i aşkar şəkildə saxlamaq qadağan olunsa da, rəhbərlik müqəddəs kitabların toplanması istiqamətində gizli fəaliyyət göstərərək, Qafqazda ayrı-ayrı şəxslərdə, ailələrdəki dini kitabları toplamağa başlayıb. Şeyxülislam A. Paşazadənin kitabların toplanmasında böyük əməyi olub.
Bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin 1823-1918-ci illəri əhatə edən arxivinin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır. Artıq 15 min səhifəyə qədər arxiv sənədi Bakıya gətirilib. Ancaq sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir. Lakin bu istiqamətdə də işlər görülür. QMİ-nin əməkdaşları vaxtaşırı Tiflisə - Gürcüstan Mərkəzi Dövlət Arxivinə ezam olunur. Bu məsələdə Şeyxülislamın şəxsi münasibətləri də mühüm rol oynayır. Sənədlərin gətrilməsi işi uğurla davam etdirilir.
Kitabxanaya gətirilən bir sıra kitablar köhnəlmiş vəziyyətdə olduğundan bərpa edilir. Xüsusi təcrübəsi olan əməkdaşlar ən qədim kitablara yeni həyat verirlər. Restavrasiya olunacaq kitablar kompüterlərə köçürülür, səhifələnir və daha sonra bərpa olunur. Bərpaçılar deyir ki, sovetlər dövründə insanlar dini kitabları, "Qurani Kərim"i təqibdən xilas etmək üçün həmin kitabları ya torpağa basdırıb, ya da müxtəlif yerlərdə gizlədərək saxlayıblar. Ona görə də bir çox kitablar pis vəziyyətə düşüb. Odur ki, bəzi kitabların bərpası 1 il, bəzilərinki 5-6 ay davam edir.
Qeyd edək ki, 1823-cü ildən bu günə kimi Qafqazda12 Şeyxülislam və 11 müfti olub.
Şeyxülislamlıq Muzeyi yaradılsa, Azərbaycanın din tarixi və dinin cəmiyyət həyatındakı rolu müfəssəl şəkildə təqdim etmək imkanı yaranacaq. Ölkəmizin vətəndaşlarına və xarici qonaqlara Azərbaycanın din sahəsindəki böyük şəxsiyyətlərinin, üləmalarının, maarifçilərinin həyatını, fəaliyyətini nümayişi etdirmək dövlət və din münasibətlərinin və əməkdaşlığının gözəl nümunəsi sayılacaq.
Modern.az
Baxış sayı: 393
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.