Bütün xəbərlər
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
Tarix: 19-04-2024 08:15 | Bölmə: Manşet

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib ki, Fələstində islahatlar aparılmadığı üçün təşkilatın tamhüquqlu üzvü ola bilməz.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət Vaşinqtonun tövsiyə etdiyi islahatlardan gedir. İddialara görə, islahatlar “dövlətçiliyə hazırlıq atributlarının” yaradılmasına kömək edəcək.

TASS xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsinə dair qətnamənin qəbuluna mane olan ABŞ olub.
Həmçinin qeyd edirik ki, HƏMAS terror təşkilatı hazırda bu qətnamədə nəzərdə tutulan dövlətin tərkib hissəsi olan Qəzzada güc və təsirə malikdir”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bu qərara cavab olaraq bildirib ki, ABŞ bu ölkənin beynəlxalq təşkilata qəbul edilməsi ilə bağlı tövsiyənin əleyhinə səs verməklə fələstinlilərə qarşı həqiqi münasibətini tam nümayiş etdirib.
“Vaşinqton üçün Fələstin xalqının öz dövlətinə haqqı yoxdur”.
Daha əvvəl görüş zamanı ABŞ Baş Assambleyaya Fələstini BMT-yə qəbul etməyi tövsiyə edən qətnaməyə veto qoyub. Bitərəf qalan Britaniya və İsveçrədən başqa, Təhlükəsizlik Şurasının bütün digər üzvləri lehinə səs verib.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər