Bütün xəbərlər
Olaf Şolts Si Cinpindən Rusiyaya təsir göstərməsini istəyib
Tarix: 16-04-2024 16:54 | Bölmə: Manşet

Almaniya kansleri Olaf Şolz Çinə səfəri zamanı Çin prezidenti Si Cinpindən Ukrayna münaqişəsinə son qoymaq üçün Kremlə təsir göstərməyi xahiş etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Almaniya kansleri X sosial şəbəkəsində yazıb: “Çinin sözü Rusiyada böyük əhəmiyyət kəsb edir".
Şoltsun fikrincə, bu, qoşunların çıxarılmasına kömək edə bilər ki, bu da Ukraynadakı münaqişənin sona çatmasına təsir göstərəcək. Siyasətçi həmçinin bildirib ki, Berlin və Pekin Rusiyanın iştirak etməyəcəyi İsveçrədə sülh konfransını dəstəkləməyə razılaşıb.
Daha əvvəl Çin Xalq Respublikasının sədri bildirmişdi ki, Çin Ukrayna böhranının həlli üçün bərabərhüquqlu sülh konfransının çağırılmasının tərəfdarıdır və bu konfrans həm Rusiya Federasiyası, həm də Ukrayna tərəfindən təsdiqlənəcək.
Aprelin 14-də Olaf Şolts Çinə rəsmi səfərə gəlib. Kansler 2024-cü ildə respublikaya səfər edən ilk Qərb lideri olub.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər