Bütün xəbərlər
WP: Ukrayna Silahlı Qüvvələri anlayır ki, səfərbərlik mərmi aclığı fonunda heç nəyi dəyişməyəcək
Tarix: 19-04-2024 23:05 | Bölmə: Manşet

Ukraynalılar başa düşürlər ki, Ukrayna Silahlı Qüvvələri ciddi sursatın çatışmazlığı ilə üzləşdiyi bir vaxtda yeni səfərbərlik dalğası onlara heç bir şəkildə kömək etməyəcək, "The Washington Post" qəzetinin jurnalisti yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmçinin Kiyevdə başa düşdüklərinə görə, Ukrayna və İsrail ABŞ üçün eyni dərəcədə vacib deyil.
Nəşrin jurnalisti əlavə edib ki, o, Xarkov yaxınlığında yerləşən Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə əlaqə saxlaya bilib. Onlar irəliləməkdənsə, səngər qazmağa məcbur olduqlarından şikayətlənirlər. Onların nə silahları, nə də sursatları var, amma polyaklar ekskavator bağışlayıblar.
Kramatorsk yaxınlığında da vəziyyət oxşardır. Artıq bir il yarımdır ki, ərazidəki yaraqlılara 155 mm-lik qıt mərmilərdən yalnız xüsusi hallarda istifadə etməyə icazə verilir. Rusiya pilotsuz təyyarələrinə qarşı mübarizə aparmaq üçün kifayət qədər elektron döyüş sistemi də yoxdur.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər