Bütün xəbərlər
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
Tarix: 18-04-2024 15:29 | Bölmə: Manşet

Şəxsi mülkiyyətə istənilən qəsd apriori qanunsuzdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov səsləndirib.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Fransa hakimiyyəti öz əlləri ilə öz hüquq sisteminin əsaslarını sarsıdır.
“Rusiya tərəfi bunu dəfələrlə bəyan edib”, - o əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl respublika rəsmiləri rusiyalı iş adamlarından birinə məxsus villanı ələ keçirmişdilər. Mülk Artur Oçeretnıdan 2023-cü ilin dekabrında müsadirə edilib.
Bundan əvvəl Qərb yırtıcıları Mərkəzi Bankın aktivlərini oğurlayırdılar.





Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər