Azərbaycanda şair vəfat etdi
Tarix: 06-05-2019 12:57 | Bölmə: Ədəbiyyat

                    



Tanınmış şair Dəmir Gədəbəyli dünyasını dəyişib.
Bu barədə Kult.az-a məlumatı hüquqşünas Səməd Vəkilov verib. S.Vəkilov bildirib ki, şairin həyat yoldaşı Rüxsarə Növruzovdan dəqiləşdirdiyi məlumata əsasən, bir müddətdi leykoz xəstəliyindən əziyyət çəkən şair Dəmir Gədəbəyli bu gün 10.15 radələrində müalicə aldığı B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda vəfat edib.
Qeyd edək ki, 27 mart 1939-cu ildə Gədəbəy rayonunun Ataxal kəndində doğulan Qasımov Dəmir Müseyib oğlu həm də elm adamı idi. O, filologiya elmləri doktoru, professor kimi bir sıra ali məktəblərdə pedeqoji fəaliyyətlə məşğul olmuşdu.
Şairin çox sayda şeirlərinə bəstəkar Elza İbrahimova və başqa bəstəkarlar mahnılar bəstələyib.
Allah rəhmət eləsin!


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib