Bütün xəbərlər
Şeir-Sona Abbaszadə
Tarix: 22-04-2019 00:16 | Bölmə: Ədəbiyyat


Ucal Vətən Bayrağım
Əzəmətin ,qürurun vüqarıdır ölkəmin,
Ucal sən yüksəklərə, ucal Vətən bayrağım.
Səmalara yazmısan, sən adını ölkəmin,
Sən daima dalğalan, ucal Vətən bayrağım.


Sən göylərə ucalan istiqlal abidəsi,
Azadlığın fərmanı,səsin haqqın öz səsi,
Azad Azərbaycanın,yenilməyən zirvəsi,
Sən daima dalğalan
, ucal Vətən bayrağım.

Üç mənanı ,üç rəngdə qoruyub saxlayırsan,
Bilməyənlər qoy bilsin, sən azad türk oğlusan.
Sən ey şanlı bayrağım, ululardan ulusan,
Sən daima dalğalan, ucal Vətən bayrağım.


Səkkiz guşə ulduzun, odlar yurdu yazıbdır,
Azərbaycan , adını sinəsinə qazıbdır,
Gücünü candan kecen oğullardan alıbdır,
Sən daima dalğalan, ucal Vətən bayrağım.


Sən ucal ki , Vətənim baxıb səndən güc alsın,
Gücünlə, hünərinlə düşmənindən öc alsın,
Azərbaycan bayrağı daima dalğalansın.
Yüksəklərdə dalğalan, ucal Vətən bayrağım,
Sən daima dalğalan, ucal Vətən bayrağım.

16.4.2019



Baxış sayı: 1 126


Bölməyə aid digər xəbərlər