Bütün xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında soyqırım günü anılacaq
Tarix: 29-03-2019 13:41 | Bölmə: Ədəbiyyat

Azərbaycan tarixində iz qoymuş ağrılar heç zaman unudulmur. Tarixin ayrı-ayrı dönəmlərində milli birliyimizə, dövlətçiliyimizə   qarşı təxribatlar törədilib. Amma hər dəfə ərənlərimiz  düşmən qarşısına çıxaraq  layiqli  cavab veriblər. Sumqayıt Dövlət Dram Teatrı da  repertuarında dövlətçiliyimizi, milli məfkurəni özündə  ehtiva edən əsərlərə  hər zaman yer verib.
Teatrdan Sabaha-inamla.Az-a verilən məlumata görə Azərbaycanlıların   Soyqırımıgünü ilə əlaqədar olaraq  31 mart saat 18:00-da yazıçı-dramaturq Hüseynbala Mirələmovun  “Vicdanın hökmü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa  nümayiş etdiriləcək.Tamaşanın quruluşçu  rejissoru  əməkdar artist Namis Şirməmmədovdur.  Səhnə əsərində obrazları əməkdar artist Ulduzə Nəsir,Habil Xanlarov, Siyavuş Mahmudov, Mətləb SəfərliVaqif Səmədzadə, Şəms Abdullayeva,Vəfa Qurbanova, Rövşən Əsgərov, Rövşad İlyasov, Dağlar RüstəmovElmir Mehtiyev, Cavanşir EyyubzadəŞəhla Məmmədova, İradə Zeynalova, İlahə Səfərovalqar İbrahimov canlandırır.


Baxış sayı: 647


Bölməyə aid digər xəbərlər