17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrü – milli dövlətçilik tarixinə dönüş mərhələsi
Tarix: 14-07-2022 16:23 | Bölmə: Siyasət
Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə kitablar, elmi və bədii əsərlər yaradılmışdır. Bu günə qədər bu məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
XX əsrdə Azərbaycan xalqına öz dövlət müstəqilliyini iki dəfə bərqərar etmək nəsib olmuşdur. Təxminən bir əsrlik müstəmləkə həyatından sonra 1918-ci ildə elan edilən istiqlaliyyət cəmi 23 ay hökm sürsə də, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa ediləndə artıq 1970-1980-ci illərdə müstəqilliyin sosial-iqtisadi və maddi-mənəvi əsasları yaradılmışdı. Bu təməl xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə tariximizə qızıl hərflərlə yazılmış intibah mərhələsində qoyulmuşdu.
Yeri gəlmişkən, bir qədər irəli gedərək, məşhur “tarix təkrar olunur” deyiminin isbatı kimi mühüm bir faktı vurğulamaq yerinə düşər ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi” 1991-ci il avqustun 30-da qəbul edilmişdi və ölkəmiz de-fakto həmin gündən etibarən SSRİ tərkibindən çıxaraq, müstəqilliyə qədəm qoymuşdu. Həmin gündən hesablasaq, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələrkən Azərbaycan öz müstəqilliyinin 22-ci ayını yaşayırdı. Başqa sözlə, Milli Qurtuluş tarixi başlanmasaydı, müstəqil Azərbaycan dövlətini Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin gözlədiyi şəksiz idi.
XX əsrin 60-cı illərində Azərbaycanın yuxarı rəsmi dairələrində hakimiyyət uğrunda getdikcə daha eybəcər formalar alan gizli mübarizə gedirdi. Bu, öz növbəsində sosial-iqtisadi sahədə əmək intizamını və tələbkarlığı zəiflətmiş, hakimiyyətdə qohumbazlığa və rüşvətxorluğa gətirib çıxarmış, cəmiyyətdə cəzasızlıq və özbaşınalıq şəraiti yaratmışdı. Fırıldaqçılıq, möhtəkirlik və korrupsiya halları cəmiyyətin ən aşağı təbəqələrinə də ciddi sirayət etmişdi. Respublika iqtisadiyyatı bütövlükdə dərin böhran və durğunluq mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün yeni prinsipial konsepsiya işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi. Bundan əlavə, 1960-cı illərdə ermənilər torpaqlarımıza qarşı ərazi iddialarını davam etdirmiş və mərkəzi hakimiyyətin fəal dəstəyi ilə bir sıra hallarda Azərbaycan ərazilərini qəsb etməyə nail olmuş, hətta yeni ərazilərin qəsbi barədə rəsmi mərkəzi hakimiyyətin dəstəyi ilə Azərbaycanın əvvəlki rəhbərliyi səviyyəsində qərar qəbul etdirməyə də nail olmuşdular.
Beləliklə, bir tərəfdən respublikada illərlə yığılıb qalmış ciddi problemlər özünün təcili həllini gözləyirdi, digər tərəfdən bu problemlərin həlli üçün ilk növbədə siyasi idarəçilikdə, cəmiyyətdə qayda-qanun, nizam-intizam yaradılmalı və sosial-iqtisadi geriləmənin qarşısı dərhal alınmalı idi. Qarşıda respublika iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu nəhəng sosialist dövlətinin sənayesinin təmin olunmasına xidmət göstərən xammal bazasından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye respublikasına çevirmək, monokultura xarakterli kənd təsərrüfatını qaldırmaq, paytaxt Bakı şəhərini abadlaşdırmaq və inkişaf etdirmək, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq və s. kimi həlli vacib vəzifələr dururdu.
Belə bir dövrdə, 1969-cu ilin iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi baş verdi, Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Heydər Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində dünyaya göz açmış, uşaqlıq illərini Naxçıvanda keçirərək orta təhsilini də burada almışdı. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) memarlıq fakültəsində təhsil almış, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin qiyabi şöbəsini bitirmişdi. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili işlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdi. 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, Naxçıvan MSSR DTK-nın 5-ci bölməsinin rəisi vəzifəsinədək yüksəlmiş, 1949-cu ildə SSRİ DTK-nın Leninqraddakı (indiki Sankt-Peterburq) məktəbində xüsusi təhsil almışdı. 1950-ci il avqustun 25-də Azərbaycan DTK-nın 2-ci şöbəsinin 6-cı bölməsinin rəisi vəzifəsinə təyinat alan Heydər Əliyev 1964-cü il martın 2-də Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədr müavini vəzifəsinə irəli çəkilmişdi. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 22 iyun 1967-ci il tarixli əmri ilə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədri vəzifəsinə təyin olunmuş, həmin il oktyabrın 30-da general-mayor rütbəsi almışdı.
Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən dərhal sonra keçirilən Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumu Azərbaycanın sonrakı inkişaf tarixində dönüş nöqtəsi oldu. Plenumda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev respublikada mövcud olan və cəmiyyəti narahat edən bütün irili-xırdalı problemləri təhlil edərək həmin problemlərin yaranmasına və ya həllinə cavabdeh olan vəzifəli şəxslərin adlarını açıq qeyd etdi və bu vəziyyətin yaranmasında günahı olan hər bir kəsin məsuliyyət daşıyacağını qətiyyətlə bildirdi. Plenum 50-60-cı illərdə respublika iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının ağır vəziyyətə düşməsinə səbəb olan rəhbərlikdə, partiya və sovet orqanlarının təşkilati, kadr, kütləvi-siyasi və ideoloji işindəki bütün ciddi çatışmazlıqları, səhvləri və yanlışlıqları üzə çıxardı, iqtisadiyyatdakı durğunluğun, mənfi halların geniş yayılmasının, vəzifəli şəxslərin öz qulluq vəzifələrindən şəxsi mənfəətlər naminə sui-istifadə etmələrinin, dövlət və plan intizamının kobud surətdə pozulmasının son nəticədə Azərbaycanın inkişafının qarşısını aldığını və onun siyasi rəhbərliyinin nüfuzdan düşməsinə səbəb olduğunu müəyyənləşdirdi. 1971-ci il martın 10-12-də Bakıda keçirilən Azərbaycan KP-nin XXVIII qurultayı da avqust (1969) plenumunun xalq təsərrüfatına rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmaq, dövlət intizamını möhkəmləndirmək, kadrlara qarşı tələbkarlığı gücləndirmək və onların icra məsuliyyətini artırmaq barəsində qərarlarını bəyəndi.
Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmlətdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. İlk növbədə yaranmış böhranlı vəziyyətin birbaşa və əsas səbəbkarı olan vəzifəli şəxslərin bir çoxunu tutduqları vəzifədən azad etdi. Azərbaycan KP MK-nın “Respublikada cinayətkarlığa qarşı mübarizəni gücləndirmək tədbirləri haqqında” 7 mart 1971-ci il tarixli qərarında bütün cinayət hallarının aşkarlanması, cinayətkarlığa qarşı vahid cəbhə təşkil edilməsi bir vəzifə kimi qarşıya qoyuldu. Aparılan ardıcıl mübarizə nəticəsində qısa müddətdə Azərbaycanda sağlam mənəvi-siyasi şərait yarandı. Ermənilərin Azərbaycana qarşı məkrli və təcavüzkar əməllərinin qarşısı Heydər Əliyev tərəfindən qətiyyətlə alındı. Respublikada uğurlu idarəçilik metodlarının tətbiqi, Azərbaycanda sosial-iqtisadi tənəzzülün qarşısının qısa zamanda alınması və sürətli inkişaf yoluna qədəm qoyulması Heydər Əliyevin ittifaq miqyasında nüfuzunu xeyli artırdı. O, 1976-cı ildə Sov.İKP-nin XXII qurultayında Sov.İKP MK üzvü və Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublika sənayesi sürətli yüksəliş dövrünə qədəm qoydu. 1971-1975-ci illərdə sənaye istehsalının həcmi 50 faiz, əmək məhsuldarlığı 34 faiz artdı. Sənayedə məhsulun istehsalı artımının 76 faizi əmək məhsuldarlığının yüksəldilməsi hesabına əldə edildi. Məhsulun keyfiyyət göstəriciləri xeyli yaxşılaşdı, 64 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. 1970-ci ildə o dövrün mühüm istehsal göstəricilərindən biri kimi keyfiyyət nişanlı məhsul növlərinin sayı cəmi 9 idisə, 1975-ci ildə respublikada 219 məhsul dövlət keyfiyyət nişanı ilə buraxılırdı. 1975-ci ildə Azərbaycan SSR-də əsas fondların dəyəri 17 milyard 600 milyon manat, o cümlədən, əsas istehsal fondlarının dəyəri 12 milyard 400 milyon manat təşkil edirdi. Müstəqil balansda 824 sənaye müəssisəsi, sənayedə 22 istehsal və elmi-istehsal birliyi, 342 min nəfər sənaye istehsal işçisi var idi. 873 kolxoz, 496 sovxoz, 104 təsərrüfatlararası müəssisə, təşkilat və birlik, 54 təsərrüfatlararası kənd təsərrüfatı müəssisəsi var idi. 1971-1974-cü illərdə Azərbaycan 6 dəfə Ümumittifaq sosializm yarışının qalibi kimi keçici “Qırmızı bayraq”la mükafatlandırılmışdı.
Azərbaycanda neft sənayesi sürətlə inkişaf etməyə başladı. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dərinlikdə işləyə biləcək 12 yeni qazma qurğusu gətirilmiş, yeni qurğuların (“Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş”, “Lider” – dövrün xüsusiyyətlərini nəzərə alsaq, bu adlardakı dərin mənalar heyrət doğurur) yaradılmasına 700 milyon ABŞ dollarından çox sərmayə qoyulmuşdu. 1970-1990-ci illərdə respublikanın neft-qaz hasilatı sənayesinin inkişafı üçün 3 milyard manat vəsait qoyuluşu həyata keçirilmiş, 42 perspektivli sahə və yataq kəşf edilmiş, dənizin 84 metr dərinliyində 6 min metr və daha çox dərinlikdə quyular qazılmışdı. Həmin vəsaitin 2 milyard manatı 1976-1980-ci illərin payına düşürdü. 70-80-ci illərdə neft emalı zavodlarında 90 adda müxtəlif neft məhsulları istehsal olunurdu. 1985-ci ildə istifadəyə verilən, dünyada yalnız Azərbaycanda inşa olunmuş Bakı Dərin Dəniz Özülləri zavodunun tikintisinə 450 milyon ABŞ dolları sərf olunmuşdu. Artıq 1990-cı illərin əvvəllərində Azərbaycan SSRİ-də istehsal olunan neftçıxarma texnikasının üçdə iki hissəsini verir, neft maşınqayırma sahəsində ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu.
Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə sənaye istehsalının həcmi 2,6 dəfə artmış, 1981-ci ildə sənaye məhsulunun ümumi istehsalı 11 milyard manat təşkil etmişdi. Əvvəlki 50 il ərzində (1920-1970-ci illərdə) isə bu rəqəm cəmi 4 milyard manat olmuşdu. 70-ci illərdə istehsal olunan məcmu ictimai məhsulun 65,5 faizi sənayenin payına düşürdü. 1971-80-ci illərdə respublikanın qida sənayesinə 455 milyon manat kapital qoyuluşu həyata keçirilmiş, əsas istehsal fondları 2,3 dəfə artmışdı. 1970-80-ci illərdə respublikada sənaye məhsulu istehsalı 3 dəfəyə qədər artmış, Azərbaycan sənaye məhsulu istehsalı artımına görə SSRİ-də birinci yerə çıxmışdı. 1980-ci ildə dəyəri bir milyon manat olan məhsulun istehsalı üçün 1969-cu ildəki 73 adam əvəzinə 37 adam tələb olunurdu ki, bu da təqribən 398 min adamın əməyinə qənaət edilməsi demək idi. Bütün səviyyələrdə təsərrüfatçılığın yaxşılaşdırılması, maddi ehtiyatlardan və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsi hesabına bütövlükdə sənaye üzrə mənfəət 2,2 dəfədən çox artmışdı.
1969-1982-ci illərdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmış, əvvəlki 50 ildə olduğu qədər və ya son 30 ildəkindən təxminən iki dəfə çox – 101,5 mlrd. manatlıq məhsul istehsal edilmişdi. Xalq istehlakı malları istehsalı 3 dəfə çoxalmış, əmək məhsuldarlığı və sənayedə məhsul istehsalı 2 dəfə artmışdı ki, bu da 430 min insanın canlı əməyinə qənaət etmək demək idi.
1976-cı ildə respublikada fəaliyyətdə olan müəssisələrin 10 faizindən də azı (cəmi 64 müəssisə) 242 adda sənaye məhsulunu keyfiyyət nişanı ilə buraxırdısa, 1980-ci il oktyabrın 1-də 1307 məhsul keyfiyyət nişanına layiq görülmüş, Azərbaycan keyfiyyət nişanlı məhsulun xüsusi çəkisinə görə orta ittifaq səviyyəsini ötüb keçmişdi.
1970-80-ci illərdə respublikanın yanacaq-energetika kompleksinin inkişafına əvvəlki on ildəkindən 1,8 dəfə çox – 300 milyon manat kapital yönəldilmişdi. 1971-ci ildə Naxçıvanda Araz Su Elektrik Stansiyası (SES), 70-ci illərin ortalarında Tərtər SES, 1981-1984-cü illərdə 380 min kilovat gücündə Şəmkir SES və 1 milyon 200 min kilovat gücündə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası işə salınmış, 500 kilovoltluq elektrik xətləri çəkilmişdi. 1981-ci il oktyabrında Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri və Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES istifadəyə verilmişdi. Bu dövrdə hər il orta hesabla 2800 km elektrik xətləri çəkilmiş, elektrik enerjisi istehsalı 2 dəfəyədək artmış, 1990-cı ildə 23,2 milyard kilovata çatmış, Azərbaycanın enerji müstəqilliyi təmin edilmişdi. 1980-ci illərin əvvəllərində Azərbaycanın yalnız iki elektrik stansiyası – Mingəçevir və Şirvan elektrik stansiyalarının gücü SSRİ-də tikilməsi nəzərdə tutulan 30 stansiyanın gücünə bərabər idi. Respublikanın energetika kompleksinə 15,2 mlrd. kilovat elektrik enerjisi istehsal edən 18 iri elektrik stansiyası daxil idi.
Əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 ilə yaxın müddətdə onların sayı 1048-ə çatmışdı. Sənayedə elmi-texniki tərəqqinin nailiyyətləri geniş tətbiq olunmuş, 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı.
Əmək ehtiyatlarını istehsalata daha geniş cəlb etmək üçün xırda və orta sənaye müəssisələrinin çoxu paytaxtdan kənarda tikilmişdi. 1970-ci ildə sənaye məhsulunun 32, 1985-ci ildə isə 42 faizi Bakı-Sumqayıt sənaye rayonunun hüdudlarından kənarda istehsal edilmişdi. Sovet hakimiyyəti illərində tikilən 465 iri sənaye müəssisəsinin paytaxt Bakıdan kənar ərazilər üzrə paylanması 70-80-ci illərdə 70 faizə qalxmış, Gəncə, Naxçıvan, Xankəndi, Şəki, Lənkəran, Quba, Sumqayıt, Mingəçevir, Daşkəsən, Şirvan şəhərləri mühüm sənaye ocaqlarına çevrilmişdi.
Heydər Əliyev Azərbaycan KP MK-nın 1976-cı il iyunun 23-də keçirilən plenumundakı məruzəsində tikinti sahəsini inkişafın prioritet istiqaməti elan etmişdi. Nəticədə 70-ci illərdə respublikanın paytaxtı Bakıda, iri şəhərlərdə və ayrı-ayrı rayon mərkəzlərində onlarla zavod və fabriklər, kombinatlar, sosial-mədəni və məişət təyinatlı obyektlər tikilib istifadəyə verilmişdi. 1970-80-ci illərdə tikintidə əmək məhsuldarlığı 46 faiz artmışdı ki, bu da artıq ittifaq üzrə göstəricidən (41 faiz) yüksək idi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, 1969-1982-ci illərdə 18,5 milyon kvadratmetr mənzil sahəsi (376,1 min yeni tikilmiş mənzil) istifadəyə verilmiş, Bakı şəhərinin mövcud yaşayış fondu miqyasına bərabər yeni “şəhər” salınmışdı. Həmin mənzillərin hesabına 2 milyon 2 yüz mindən çox adam, yəni respublikanın hər üç sakinindən biri yeni evdə məskunlaşmış və ya öz mənzil şəraitini yaxşılaşdırmışdı.
Heydər Əliyevin respublikaya uğurlu rəhbərliyinin nəticəsi idi ki, 1970-ci il iyulun 23-ü və 25-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-in kənd təsərrüfatının inkişaf tədbirləri haqqında” və “Azərbaycan SSR-in xalq təsərrüfatının inkişafı haqqında”, 1975-ci il iyulun 9-da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” və 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü, şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” dörd mühüm qərar qəbul etmişdi. Bu qərarların yerinə yetirilməsi Azərbaycanda kənd təsərrüfatının xüsusi çəkisinin yüksəlməsində mühüm rol oynadı.
1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə qoyulan vəsaitin məbləği (2 milyard manat) əvvəlki 50 il ərzində bu sahəyə qoyulan vəsaitdən (800 milyon manat) 2,5 dəfə artıq idi. Bu sahədə görülən tədbirlər aqrar sahənin sürətli inkişafı üçün mühüm zəmin təşkil etmişdi. Kənd təsərrüfatının orta illik ümumi məhsulu 1971-1975-ci illərdə 1 milyard 400 milyon manata çatdırılmışdı ki, bu da əvvəlki beş ildəkindən 34 faiz çox idi. Kənd təsərrüfatını inkişaf etdirmək üçün 1 milyard 390 milyon manat vəsait ayrılmışdı. Kənd təsərrüfatının bütün sahələrinin inkişafına xüsusi diqqət yetirilmiş, Azərbaycan SSRİ-də ən iri üzüm istehsalçısına çevrilmişdi. 1976-80-ci illərdə əvvəlki beşilliyə nisbətən 3 milyard 2 milyon manatlıq əlavə kənd təsərrüfatı məhsulları istehsal edilmişdi. 1969-82-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdi. 1983-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsulunun ümumi dəyəri 1920-ci ildəkinə nisbətən 2,2 dəfə, o cümlədən, bitkiçiliyin dəyəri 2,6 dəfə, heyvandarlıq məhsullarının dəyəri 1,7 dəfə yüksəlmişdi.
1970-82-ci illərdə iqtisadiyyatın inkişafına 23 milyard 900 milyon manat vəsait qoyulmuşdu ki, 1920-1982-ci illərdə sərf edilən vəsaitin 58,4 faizini təşkil edirdi və əvvəlki 50 ildəkindən 1,4 dəfə çox idi. Əsas fondlar əvvəlki 25 ildəki daxilolmaları 1,6 dəfə üstələyərək 18 milyard 600 milyon manata yüksəlmiş, fond verimliliyi 1,3 dəfə artmışdı. Həmin illərdə 633 min yeni iş yeri yaradılmış, fəhlə, qulluqçu və kolxozçuların sayı 1985-ci ildə 813 min nəfər (1,5 dəfə) artaraq 2 milyon 360 min nəfərə çatmışdı.
Əhalinin demoqrafik artımında və sosial strukturunda da müsbət istiqamətdə ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, əhalinin sayı 1970-ci ildəki 5 milyon 117 min nəfərdən 1980-ci ildə 6 milyon 202 min nəfərə, 1987-ci ildə isə 6 milyon 811 min nəfərə çatmış, şəhər əhalisi 1970-ci ildəki 50 faizdən 1987-ci ildə 54 faizə yüksəlmişdi.
1969-82-ci illərdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, 6 yeni ali məktəb yaradılmışdı. 1970-80-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil almış, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmışdı. Bu dövrdə Heydər Əliyevin göstərdiyi mühüm xidmətlərdən biri də milli hərbi kadrların yetişdirilməsi olmuşdur. Azərbaycan KP MK 1969-cu il oktyabrın 21-də gənclərin hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi, hərbi sahəyə marağının artırılması məsələsini geniş müzakirəyə çıxararaq “Gənc hərbi-vətənpərvərlər məktəbinin yaradılması haqqında” qərar qəbul etmişdi. Ümummilli lider Azərbaycanda ali hərbi məktəblər üçün müdavim hazırlayacaq orta ümumtəhsil məktəbinin yaradılması üçün bütün siyasi maneələri dəf edərək 1971-ci il iyul ayının 28-də C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdu. 70-80-ci illərdə SSRİ-nin ali hərbi məktəblərində 2 mindən çox azərbaycanlı zabit hazırlanmışdı.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 1155 kitabxana, 1316 klub, 44 muzey, 50 min yerlik 111 kinoteatr istifadəyə verilmişdi. 1980-ci ilin sonunda respublikada ümumi kitab fondu 31,7 milyon nüsxə olan 3858 kütləvi kitabxana (onlardan 3252-i kənd yerlərində idi), 3212 klub və mədəniyyət evi, 2300 kino qurğusu (1611-i kənd yerlərində) var idi.
1969-82-ci illərdə bütün digər sahələr kimi Azərbaycan səhiyyəsi də özünün sürətli inkişaf dövrünü yaşamış, Heydər Əliyevin rəhbərliyinin ilk on ili ərzində respublikada 21 min yerlik xəstəxana və poliklinikalar istismara verilmişdi. 1980-ci ildə Azərbaycanda 21 min çarpayısı olan 112 sanatoriya və istirahət ocağı, 20,6 min həkim, 50,9 min orta tibb işçisi var idi. Əhalinin hər 10 min nəfərinə 33,2 həkim, 82,1 orta tibb işçisi düşürdü.
Əhalinin tələbatını ödəmək üçün istehlak malları istehsal edən müəssisələrin şəbəkəsi genişləndirilmiş, 1970-1982-ci illərdə xalq istehlakı mallarının artırılmasına 1 milyard 200 milyon manat yönəldilmişdi ki, bu da əvvəlki dövrdəkinə nisbətən 3,6 dəfədən də çox idi. Kütləvi tələbat olan məhsul istehsalı 2,5 dəfə artmış, istehlak mallarının 10 mindən çox yeni növü və modeli buraxılmışdı.
Beləliklə, 1969-cu ildə ümummilli lider Azərbaycanda öz hakimiyyətinin birinci dövrünə başlayarkən keçmiş sovet dövlətinə daxil olan 15 müttəfiq respublika içərisində bütün əsas iqtisadi göstəricilərə görə geridə qalmış, yalnız Türkmənistanı üstələyərək 14-cü yerdə qərarlaşmış bir ittifaq respublikasını öz sələflərindən təhvil almışdı. 1990-cı illərin əvvəllərində SSRİ-nin sürətlə süquta getdiyi bir dövrdə yalnız iki müttəfiq respublikanın müstəqil dövlət kimi özünü doğruldacağı qənaəti formalaşmışdı ki, bunlardan biri də məhz Azərbaycan idi (digəri isə Rusiya idi). Bu baxımdan, ümummillli lider Heydər Əliyev özü respublikaya rəhbərliyinin birinci dövrünü ən lakonik və yüksək səviyyədə ifadə etmişdir: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
Beləliklə, istər 1969-cu ili, istərsə də, 1993-cü ili özünün bütün gərgin ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və beynəlxalq cəhətləri ilə birlikdə nəzərdən keçirərək qətiyyətlə demək olar ki, hər iki məqamda, xüsusilə 1993-cü ildə məhz ümummilli lider Heydər Əliyev öz siyasi varlığının bütün nəhəngliyi ilə yenidən boy göstərib, tarixə meydan oxumağa başladı. Müstəqillik ab-havasının yenicə duyulduğu bir vaxtda Azərbaycanı 1920-ci ildə olduğu kimi, yenidən müstəmləkə həyatına sürükləməyə cəhd edənləri və müstəqilliyin ilk illərində ölkəmizi sosial-iqtisadi böhrana və ictimai-siyasi anarxiyaya düçar edən psevdodemokratları siyasi səhnədən xalqa arxalanaraq uzaqlaşdıran, tarixin arxivinə göndərən Heydər Əliyev özünün yaratdığı sosial-iqtisadi və mənəvi-siyasi potensial üzərində müstəqil Azərbaycan dövlətini ucaltdı.
Elman Cəfərli,
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 472
Bölməyə aid digər xəbərlər

12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
27-08-2026, 18:46
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
27-08-2026, 18:37
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
27-08-2026, 18:24
ABŞ və İran hazırda danışıqlar aparmır
26-08-2026, 18:12
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
26-08-2026, 18:10
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
26-08-2026, 17:57
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
26-08-2026, 12:07
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
25-08-2026, 19:25
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
25-08-2026, 19:17
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
24-08-2026, 20:03
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
24-08-2026, 19:50
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
20-08-2026, 19:12
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
20-08-2026, 19:09
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
19-08-2026, 16:41
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
19-08-2026, 16:23
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
19-08-2026, 08:15
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
18-08-2026, 22:15
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
18-08-2026, 21:58
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
18-08-2026, 12:38
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
18-08-2026, 12:13
General oğlu vəzifəsindən azad edildi
17-08-2026, 22:39
Ən gənc general-leytenant oldu