Bütün xəbərlər
Tramp ticarət tərəfdaşlarına yeni tariflərlə bağlı məktublar göndərməyə davam edəcək
Tarix: 08-07-2025 20:38 | Bölmə: Siyasət




ABŞ prezidenti Donald Tramp 2025-ci il avqustun 1-dən etibarən ticarət tərəfdaşlarına yeni tariflər barədə bildirişlər göndərməyə davam edəcəyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda Tramp “heç bir uzadılma” təmin etməyəcəyini vurğulayıb.
"Dünən müxtəlif ölkələrə göndərilən məktublara görə, bu gün, sabah və növbəti qısa müddət ərzində göndəriləcək məktublardan əlavə tarixdə heç bir dəyişiklik olmayıb, tarixdə də dəyişiklik olmayacaq. Yəni, bütün pullar 2025-ci il avqustun 1-də ödəniləcək", - o, "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bundan əvvəl Ağ Ev 25%-i keçən əlavə rüsumların tətbiq olunacağı 14 ölkənin siyahısını açıqlamışdı. Yayımlanan məlumatlara görə, Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Malayziya və Tunisdən gələn mallara 25%, Bosniya və Herseqovina və Cənubi Afrikadan gətirilən mallara hər birinə 30%, İndoneziyadan ixraca 32%, Banqladeş və Serbiyadan 35%, Kamboca və Taylanddan 36% ticarət rüsumları tətbiq ediləcək. Ən yüksək tariflər - 40% - Laos və Myanmadan gələn mallara tətbiq ediləcək.
Bütün bu tədbirlər avqustun 1-dən qüvvəyə minəcək.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Trampın BRİKS ölkələri üçün mümkün 10%-lik rüsumlarla bağlı açıqlamalarını “müqəddəs” adlandırmışdı.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər