Bütün xəbərlər
Moldova prokurorları deputat Marina Tauberə 13 il həbs cəzası istəyib
Tarix: 11-07-2025 19:17 | Bölmə: Siyasət

İttiham tərəfi müxalifətin “Qələbə” blokundan olan deputat Marina Tauberin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, PRO TV antikorrupsiya prokurorluğuna istinadən xəbər verdiyinə görə, prokurorlar həmçinin Tauberin 5 il dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilməsini və 206 milyon ley (təxminən 12 milyon dollar) pulun müsadirə edilməsini tələb edirlər.
Məhkəmə iclası Tauberin iştirakı olmadan keçirilir - o, 6 aydan çoxdur ki, Moldovadan kənardadır. O, əvvəllər ləğv edilmiş Şor partiyasının maliyyələşdirilməsində qanun pozuntularında ittiham olunur.
2023-cü ilin mayında Tauber deputat toxunulmazlığından məhrum edilib. Onun sədr müavini olduğu Şor partiyasının maliyyə hesabatlarının saxtalaşdırılması ilə bağlı ittihamlar məhkəməyə göndərilib.
Oxşar ittihamlar hazırda ev dustaqlığında olan Qaqauziyanın rəhbəri Yevgeniya Qutsula qarşı da irəli sürülüb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər