18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Vüqar Rəhimzadə: "Xankəndi Zirvə görüşü Azərbaycanın ECO timsalında təşəbbüskar mövqeyə malik olduğunu bir daha təsdiqlədi"
Tarix: 05-07-2025 17:27 | Bölmə: Siyasət

İyulun 3-4-də Xankəndi şəhəri tarixinin yeni səhifəsini yazdı. Bu qədim Azərbaycan torpağının ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü qlobal siyasi gündəmdə təkcə mühüm beynəlxalq hadisə deyil, eyni zamanda, Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan bir şəhərin dirçəlişinin rəmzi kimi dəyərləndirildi.
Son beş ilin qüruruverici hadisələrindən biri azadlığına qovuşmuş torpaqlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, qürur hissi yaratdı. 30 il davam edən işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır.
3-4 iyul tarixlərində Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti mesajları ünvanlandı. Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından oldu. Bir sözlə, azad Qarabağımız bu günlərdə daha möhtəşəm, qürurlu anlarını yaşadı. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında “Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir” söyləyərək budəfəki Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirdi. Vurğuladı ki, işğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Bu sırada Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd edə bilərik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, suverenliyimizin tam bərpasından keçən iki ilə yaxın dövrdə Xankəndidə görülən işlərin timsalında bütün azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq tədbirləri barədə aydın təsəvvür yaratmaq mümkündür. Zirvə görüşünün keçirildiyi Xankəndi Konqres Mərkəzinin dövlət başçısı İlham Əliyevin iştirakı ilə iyulun 3-də açılışı oldu. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qarabağa son səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, görülən işlərlə tanış olduğu sosial obyektlərin xronologiyası bu məkanın tərəqqi yolunda inamla addımlamasının aydın mənzərəsini yaradır. Dövlətimizin başçısı səfər çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılış mərasimində iştirak etdi. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu, Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışında iştirak etdi, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Prezident İlham Əliyevin sözügedən Zirvə görüşündə qeyd etdiyi kimi, işğaldan azad olunmuş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Vüqar Rəhimzadə vurğulayıb ki, ECO-nun Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Cənubi və Mərkəzi Asiyadan Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqeyə görə həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamları xüsusi qeyd etdi ki, ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə ölkəmiz dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Milli Məclisin deputatı bildirib ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir gündəmə gətirdiyi məsələlərin, onların həllinə nail olmaq üçün atılacaq addımların təqdimatı ilə diqqətdədir. Zirvə görüşündə ECO-ya üzv ölkələrin dövlət başçılarının çıxışlarında da günümüzün əsas çağırışları öz əksini tapdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı, həmçinin Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevin şəxsində bütün Azərbaycan xalqını təbrik etdi. Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala sahib olan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün iqlim dəyişikliyinə həsr edilməsinin son dərəcə doğru qərar olduğunu bildirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hər hansı sülh və inkişafın bünövrəsinin öncə iqtisadi əməkdaşlığa söykəndiyini önə çəkərək vurğuladı ki, təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Təşkilatın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etmək üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanın qəbulunun zəruriliyi bildirildi. Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 iqlim konfransında qəbul edilən qərarların uğurlu icrası təqdir olundu. Çıxışların hər birində belə bir əminlik ifadə edildi ki, Zirvə görüşü qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə stimul olacaq, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan ECO çərçivəsində əlaqələrin gücləndirilməsində və əməkdaşlığın genişləndirilməsində maraqlı tərəfdir. Xankəndi Zirvə görüşü ölkəmizin ECO daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi.
Baxış sayı: 378
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.