Bütün xəbərlər
Şərqşünas İbrahimov Fidanın PKK-nın özünü dağıtması ilə necə əlaqəli ola biləcəyini izah etdi
Tarix: 12-07-2025 20:45 | Bölmə: Siyasət

Kürd probleminin həllinin təşəbbüskarı Türkiyənin xarici işlər naziri Hakan Fidan ola bilər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalına eksklüziv müsahibəsində politoloq və şərqşünas Fərhad İbrahimov danışıb.
Ekspert Türkiyə hakimiyyəti üçün kürd probleminin həllinin prioritet vəzifə olduğunu vurğulayıb. Prezident Ərdoğan isə bunu tam həll edə bilsə, dövlət tarixinin son yüz ilində ən çətin problemin öhdəsindən gələ bilmiş şəxs kimi tarixə düşəcək.
Ekspertlər ata tərəfdən kürd olan Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Fidanı Kürdüstan Fəhlə Partiyası (PKK) arasında əldə olunan razılaşmaların pərdəarxası ideoloqu adlandırır.
"Deyirlər ki, Hakan Fidan bütün bu kombinasiyanı kürd faktoru ilə bağlı düşünüb. Çünki onun üçün milliyyətcə kürd, eyni zamanda türk dövlət xadimi kimi bu sabitliyin Türkiyəyə gəlməsi çox vacibdir", - İbrahimov izah edib.
Britaniyanın BBC-si hesab edir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məqsədi 2028-ci ildə keçiriləcək seçkilərdə Türkiyənin kürdyönlü Demokrat Partiyasının dəstəyini qazanmaqdır. Onun "Ədalət və İnkişaf Partiyası" üç prezidentlik müddətindən sonra Ərdoğanın yenidən bu posta namizəd ola bilməsi üçün Konstitusiyanın dəyişdirilməsi prosesinin təşəbbüskarı olub.
Mayın 5-7-də keçirilən Kürdüstan Fəhlə Partiyasının 12-ci Qurultayında özünün ləğvi və Ankara ilə silahlı münaqişəyə son qoyulması barədə qərar qəbul edilib. PKK artıq İraqın şimalında tərksilah etməyə başlayıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər