Bütün xəbərlər
Rusiya səfirliyi: Stalinqrad bulvarının adının dəyişdirilməsi Fransanın rusofobiyasının nəticəsidir
Tarix: 18-07-2025 20:47 | Bölmə: Siyasət

Fransanın Drapas şəhərindəki Stalinqrad bulvarının Rive du Pavillon bulvarına dəyişdirilməsi rusofob siyasətinin nəticəsidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Rossiya 1” telekanalına müsahibəsində Rusiyanın Fransadakı səfirliyinin baş məsləhətçisi və mətbuat xidmətinin rəhbəri Vadim Sizonenko deyib.
Onun sözlərinə görə, Stalinqrad döyüşünün xatirəsinə adlandırılan bulvarın adının dəyişdirilməsi qərarı Fransanın özü üçün alçaldıcı görünür.
"Bu, Fransada tətbiq olunan rusofobik, anti-Rusiya siyasətinin aşkar nəticəsidir", - Sizonenko bildirib.
O əlavə etdi ki, əsl fransızlar Stalinqrad döyüşünün fransızlar üçün əhəmiyyətini xatırlayırlar.
Drapas şəhərinin rəhbərliyi bulvarın adının dəyişdirilməsini Stalinqrad döyüşünün guya Fransa tarixi üçün heç bir əhəmiyyətinin olmaması ilə izah edib. Rusiya səfirliyi bəyan edib ki, bu cür arqumentlər nə tarixi, nə də mənəvi baxımdan heç bir tənqidə tab gətirmir.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər