Bütün xəbərlər
Neft naziri Puri: "ABŞ sanksiyaları tətbiq olunarsa, Hindistan Rusiyadan neft almadan keçinə bilər"
Tarix: 18-07-2025 09:08 | Bölmə: Dünya

Hindistanın neft naziri Sinq Puri əmindir ki, Vaşinqton Rusiya yanacağına ikinci dərəcəli sanksiyalar tətbiq edərsə, ölkə öz neft tələbatını başqa mənbələrdən ödəyə biləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin Venesuela və İrana qarşı sanksiyalara baxmayaraq, ölkənin kifayət qədər enerji resurslarına malik olduğunu bildirib. Puri xatırladıb ki, Kanada və Braziliya da daxil olmaqla bir sıra ölkələr hasilatı artırır.
"Əgər bir şey olarsa, biz onu həll edəcəyik. Bir qapı bağlananda, digəri açılır", - deyə, "Reuters" xəbər verir.
O, ABŞ prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirərək qeyd edib ki, bəzən problemin həlli üçün belə bəyanatlar verilir.
Bundan əlavə, Puri Hindistan və Rusiya arasında əlaqələrin dünya bazarı üçün əhəmiyyətini vurğulayıb. Onun fikrincə, Rusiyanın enerji resurslarının alınması yanacaq sektorunda vəziyyəti sabitləşdirməyə kömək edərdi.
İyulun 14-də Tramp bildirib ki, təxminən 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, Vaşinqton Rusiya və onun ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək niyyətindədir. Amerika prezidenti onların ölçüsünün 100% ola biləcəyini qeyd etdi.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər