Bütün xəbərlər
"Maş": Yeni Moskvada alman çoban iti 6 yaşlı uşağın boynunu dişləyib
Tarix: 18-07-2025 20:03 | Bölmə: Digər


Yeni Moskvada alman çoban iti sahibinin 6 yaşlı oğluna hücum edərək, onun boynunu dişləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həkimlər uşağın həyatı üçün mübarizə aparır.
Hadisə Rodnik bağçılıq icmasında oğlan iti sığallamaq üçün ona yaxınlaşanda baş verib. "Maş" Telegram kanalının məlumatına görə, qurbanın başında, qollarında və bədənində bəzilərinin dərinliyi təxminən 3 santimetr olan kəsiklər var.
İt sahibini də dişləyib və ona yerindəcə tibbi yardım göstərilib.Kişi yaxın vaxtlarda heyvanı evtanaziya edəcəyinə söz verib. O, bunu ötən yay etməyi planlaşdırdığını, lakin ev heyvanına yazığı gəldiyini etiraf edib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər