Bütün xəbərlər
Yamal "Barselona" ilə müqaviləsini uzadıb və Messinin nömrəsini götürüb
Tarix: 17-07-2025 08:35 | Bölmə: Karusel

Hücumçu Lamin Yamal İspaniyanın "Barselona" futbol klubu ilə 6 illik, 2031-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, 18 yaşlı idmançı Lionel Messinin uzun müddət "Barselona"da çıxış etdiyi 19-dan 10-a qədər dəyişib.
Bir sıra İspaniya mətbuatı xəbər verir ki, klub futbolçunun müqaviləsinə bir milyard avro dəyərində alış bəndi daxil edib. Nüfuzlu Transfermarkt portalı vingerin dəyərini 200 milyon avro qiymətləndirir.
Yamal "mavi-qranat" akademiyasının məhsuludur. "Barselona"nın əsas heyətində Lamin bütün turnirlərdə 106 oyunda iştirak edib, 25 qol vurub, 22 məhsuldar ötürmə verib.
Hücumçunun 2024-cü ildə Avropa çempionu olduğu İspaniya millisində də 21 oyun və 6 qolu var.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər