Bütün xəbərlər
Peskov: "BRİKS-in fəaliyyəti heç vaxt üçüncü ölkələrə qarşı yönəlməyəcək"
Tarix: 07-07-2025 14:24 | Bölmə: Siyasət

BRİKS-ə üzv ölkələrin fəaliyyəti heç vaxt heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və olmayacaq.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin rəsmi nümayəndəsi Ağ Ev rəhbəri Donald Trampın BRİKS-i dəstəkləyən ölkələrə mümkün əlavə rüsumlar barədə bəyanatını belə şərh edib. Peskov aydınlıq gətirib ki, Rusiya Federasiyası ABŞ prezidentinin belə bəyanatlarını görüb.
“Lakin burada qeyd etmək çox vacibdir ki, BRİKS kimi assosiasiyanın unikallığı ondan ibarətdir ki, o, ümumi yanaşmaları bölüşən ölkələrin birliyi, öz maraqları əsasında əməkdaşlığın necə həyata keçirilməsinə dair ümumi dünyagörüşüdür”, - TASS Peskovdan sitat gətirir.
Rusiya liderinin mətbuat katibi onu da əlavə edib ki, BRİKS çərçivəsində qarşılıqlı fəaliyyət “heç vaxt heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və olmayacaq”.
Tramp bundan əvvəl "Truth" sosial şəbəkəsində ABŞ-ın BRİKS-in “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələrə 10% əlavə rüsumlar tətbiq edəcəyini bildirmişdi.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər