Bütün xəbərlər
Ryabkov: "Rusiya ultimatum vermək cəhdlərini qəbul etmir"
Tarix: 15-07-2025 15:10 | Bölmə: Siyasət

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiyaya ultimatum tələbləri irəli sürmək cəhdləri qəbuledilməzdir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yüksək rütbəli diplomat ABŞ prezidenti Donald Trampın TASS agentliyi ilə söhbətində dediklərini belə şərh edib.
“Biz ilk növbədə qeyd edirik ki, tələblər, xüsusilə ultimatumlar vermək cəhdləri bizim üçün qəbuledilməzdir”, - nazir müavini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ukrayna böhranının diplomatik yolla nizamlanması Rusiya üçün daha üstündür. Ryabkov Moskvanın danışıqlara hazır olduğunu bildirib.
Bundan əvvəl Tramp 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmasa, Rusiyadan neft, qaz və digər enerji resurslarını alan ölkələrə ikinci dərəcəli rüsumlarla yanaşı, Rusiya mallarının idxalına 100% rüsum tətbiq etməyə hazır olduğunu bəyan edib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər