Bütün xəbərlər
Baş verən yanğında bir nəfər ölüb
Tarix: 18-07-2025 09:14 | Bölmə: Digər

Başqırdıstanın Yanaulski rayonunda yanğın nəticəsində bir nəfər ölüb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublika Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ilkin ehtimala görə, yanğına səbəb siqaret çəkərkən ehtiyatsızlıq olub.
Cümə günü gecə saatlarında rayonun Çulpan kəndində ağacdan tikilmiş evdə yanğın baş verib. Yanğının söndürülməsi zamanı 48 yaşlı kişinin meyiti aşkarlanıb.
Hazırda hadisə yerində müstəntiqlər və əməliyyatçılar işləyir. Yanğının mümkün səbəblərindən biri mərhumun siqaret çəkərkən ehtiyatsızlığı ola bilər.
Bundan əvvəl Moskvanın cənubunda 25 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində iki nəfərin xəsarət aldığı bildirilirdi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər