Bütün xəbərlər
Braziliya Xarici İşlər Nazirliyi: NATO-nun Rusiyaya görə ölkəyə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti yoxdur
Tarix: 17-07-2025 22:52 | Bölmə: Dünya

Braziliyanın xarici işlər naziri Mauro Vieira CNN Brasil telekanalına müsahibəsində NATO-nun baş katibi Mark Ruttenin Rusiya ilə ticarət etdiyi üçün Braziliyanın sanksiyalardan təsirlənə biləcəyi ilə bağlı açıqlamalarını yersiz adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vieira həmçinin vurğulayıb ki, Şimali Atlantika Alyansı baş katibinin təhdidləri beynəlxalq ticarət nizamına ziddir. Diplomat qeyd edib ki, Braziliya da öz növbəsində ticarət məsələlərini ikitərəfli qaydada və ya ÜTT çərçivəsində həll edir.
"NATO baş katibinin bəyanatlarını tamamilə yersiz hesab edirəm. Birincisi, NATO ticarət müqavilələri bağlamayan hərbi alyansdır. İkincisi, Braziliya bu alyansın üzvü deyil", - braziliyalı nazir Ruttenin sözlərini şərh edib.
Bundan əlavə, Braziliya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Avropa İttifaqı özü Rusiya neft və qazını almağa davam edir. Beləliklə, təhdid müəllifləri Rusiyanın beynəlxalq təcrid vəziyyətində olması ilə bağlı öz bəyanatlarını mənadan məhrum edirlər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Rutte, öz növbəsində, əlavə etdi ki, rüsumların 100%-ə qədər artırılması Çin, Hindistan və Braziliyaya təsir edə bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, dünyanın çox böyük hissəsini tutan bir ölkəni təcrid etmək çətindir.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər