Bütün xəbərlər
Husilərin XİN: Batmış Eternity C gəmisindən rusiyalı sağalır
Tarix: 17-07-2025 23:11 | Bölmə: Dünya

Batmış Eternity C yük gəmisinin yaralı rus dənizçisi Yəməndə müalicə alır və sağalmaq üzrədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti ilə söhbətində Ənsar Allah (husilər) şiə hərəkatının XİN-dəki yüksək vəzifəli mənbəsi bildirib.
Mənbə bildirib ki, rusiyalı Aleksey Qalaktionov batmış Yunanıstana məxsus yük gəmisinin ekipajının üzvü olub. Dənizçi Yəmən donanması tərəfindən xilas edilib.
"Rusiyalı dənizçi yaralanıb və hələ də Yəməndə müalicə alır. İndi onun səhhəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb", - Husilərin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Eternity C yük gəmisi iyulun 8-də husilər tərəfindən batırılıb.Britaniya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, ona qumbaraatandan beş mərmi atılıb. Reuters beş ekipaj üzvünün xilas edildiyini, dördünün həlak olduğunu, on nəfərin isə itkin düşdüyünü bildirib. Ekipajda Rusiya vətəndaşından başqa 21 filippinli də olub.
Husilərin siyasi büro üzvü Məhəmməd əl-Buheiti daha əvvəl ekipaj üzvlərinin yaxşı müalicə olunduğunu və bütün lazımi tibbi yardımın göstərildiyini əmin edib. Rusiyalı dənizçi gəmiyə hücumdan sonra ayağını itirib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər