Bütün xəbərlər
Bir nəfər silahla baytarlıq klinikasına girərək həkimləri hədələyib
Tarix: 17-07-2025 11:13 | Bölmə: Karusel

Çelyabinskdə sərxoş kişi silahla baytarlıq klinikasına girib və həkimləri hədələməyə başlayıb; hadisəni törədən şəxs saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Ural Daxili İşlər İdarəsi məlumat yayıb.
Müşahidə kameralarından çəkilən videolar da internetdə yayılır. Kadrlardan görünür ki, baytar həkim ofisdə, ehtimal ki, ev heyvanlarından birinin sahibi ilə birlikdə olarkən, əlində silah olan şəxs ofisə girərək müəssisənin digər əməkdaşlarını hədələyib.
Həmin şəxs hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb.
"1977-ci il təvəllüdlü qanun pozucusu sərxoş vəziyyətdə olub. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.21-ci (İctimai yerlərdə sərxoş vəziyyətdə görünmə. - Red.) maddəsi ilə inzibati protokol tərtib edilib", - deyə polisin məlumatında bildirilir.
Sərbəst buraxılan və xüsusi icazə tələb etməyən pnevmatik tapança götürülüb.
Hadisənin bütün şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər