Bütün xəbərlər
Ukraynaya məxsus pilotsuz uçan aparat aviasiya kollecinin binasına və mağazalara ziyan vurub
Tarix: 18-07-2025 19:56 | Bölmə: Karusel

Kursk vilayətinin Rılsk şəhərində Ukraynaya məxsus pilotsuz uçan aparat aviasiya kollecinin binasına və bir neçə mağazaya ziyan vurub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn Telegram kanalında məlumat verib.
"Pəncərələr sökülüb, fasadlar və dam örtüyü qismən zədələnib", - Xinşteyn yazıb.
Rayon rəhbəri və fövqəladə hallar xidmətinin nümayəndələri hadisə yerindədir.
Düşmən hücumunun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
İyulun 17-də Ukraynaya məxsus FPV pilotsuz təyyarəsi Qluşkovo kəndində avtomobilə hücum edərək 57 yaşlı qadını yaralayıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər