Bütün xəbərlər
Kolumbiya prezidenti Kolumbiyalı muzdluların Ukraynaya göndərilməsi təcrübəsini pisləyib
Tarix: 18-07-2025 09:18 | Bölmə: Dünya

Kolumbiya prezidenti Qustavo Petro Ukraynaya muzdlu əsgər kimi gedən kolumbiyalıları tənqid edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi muzdluluğu “ölkəni soymaq” adlandırıb və cinayətlə əlaqəsi olan iş adamlarının ölümlərindən pul qazandığı üçün gənc vətəndaşların həyatını qorumağa çağırıb.
"Muzadlılıq ölkəni qarət etməyin bir yoludur. Gəlin insanların həyatını və dövlət pulunu qoruyaq. Mafiya başçılarına və cinayətkarlara xidmət göstərən bir çox təhlükəsizlik şirkətlərinin sahibləri bu gün gənclərin ölümündən pul qazanırlar", - Petro ölkəsinin X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Rusiyanın Boqotadakı səfiri Nikolay Tavmuladze bildirmişdi ki, kolumbiyalı muzdlular Ukrayna münaqişəsində iştirak etmək üçün 50 nəfərlik qruplar şəklində Avropaya gedirlər.
Ukrayna Silahlı Qüvvələrinin Sumı vilayətinin Yunakovka kəndi yaxınlığında tərk etdiyi Kolumbiyadan olan 30 muzdlu haqqında da məlumatlar var.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər