Bütün xəbərlər
Peskov: Kreml Trampın “sərtləşdirən ritorikasına” sakit reaksiya verir
Tarix: 09-07-2025 15:45 | Bölmə: Siyasət





Kreml ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı ritorikasının sərtləşməsinə kifayət qədər sakit yanaşır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Tramp çıxışında ümumiyyətlə sərt ifadələr işlədir.
“Biz bu məsələdə kifayət qədər sakitik, amma ilk növbədə deyək ki, Trampın işlətdiyi ifadələrdə ümumiyyətlə kifayət qədər sərt üslubu var”, - Peskov bildirib.
Bundan əvvəl CNN Trampın Rusiya prezidenti Vladimir Putinə Ukraynada münaqişə başlayacağı təqdirdə “Moskvanı cəhənnəmə bombalayacağını” vəd etdiyi 2024-cü ilə aid sözlərinin səs yazısını dərc edib. Amerika liderinin sözlərinə görə, onun rusiyalı həmkarı bu sözlərə “10%” inanıb.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər