Bütün xəbərlər
Zelenski Yuliya Svırıdenkonu Ukrayna hökumətinə rəhbərlik etməyə dəvət edib
Tarix: 14-07-2025 17:10 | Bölmə: Siyasət

Kiyev rejiminin başçısı Vladimir Zelenski Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenkonu ölkə hökumətinə başçılıq etməyə dəvət edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.
Zelenski əlavə edib ki, Svırıdenko ilə görüşü olub və bu görüş zamanı Ukraynaya dəstək üçün avropalı və amerikalı tərəfdaşlarla sazişlərin icrasına dair hesabatı dinləyib.
Bundan əlavə, onlar ölkənin iqtisadi potensialının gücləndirilməsi və Ukraynada silah istehsalının genişləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.
"Bu məqsədlə biz Ukraynada icra hakimiyyəti sisteminin transformasiyasına başlayırıq. Mən Yuliya Svırıdenkonu Ukrayna hökumətinə başçılıq etməyə və onun işini əhəmiyyətli dərəcədə yeniləməyə dəvət etdim. Yaxın gələcəkdə yeni hökumətin fəaliyyət proqramının təqdimatını gözləyirəm", - Zelenski yazıb.
Bundan əvvəl Ukraynanın hazırkı baş naziri Denis Şmıxalın yeni müdafiə naziri ola biləcəyi barədə məlumat yayılmışdı.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər