Bütün xəbərlər
Avropa Universiteti məhkəmə ekspertlərinin ləyaqətini alçaltdığına görə cərimələnib
Tarix: 17-07-2025 23:29 | Bölmə: Karusel

Sankt-Peterburqdakı Avropa Universiteti məhkəmə ekspertlərinin rəyindən sonra 250 min rubl cərimə ödəməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı universitet insan ləyaqətini alçaltmaqda təqsirli bilən məhkəmə verib.
Aprel ayında prokurorluq universitetin saytında “Məhkəmə ekspertizası necə və kimlər tərəfindən aparılır: ekspertlər idarələrarası qarşılıqlı əlaqə kontekstində” mövzusunda yerləşdirilən materiala diqqət çəkib.
Materialda İnzibati Xətalar Məcəlləsinin 20.3.1-ci maddəsi - “Nifrət və ya düşmənçiliyin salınması, habelə insan ləyaqətinin alçaldılması” maddəsi ilə cinayət tərkibinin olduğu müəyyən edilib. Söhbət “Rusiya məhkəmə ekspertləri” sosial qrupunun ləyaqətinin alçaldılmasından gedir.
Avropa Universiteti bəyan edib ki, onlar Sankt-Peterburqun Smolninski Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər