Bütün xəbərlər
Meksika ABŞ-ın 30% tariflərini ədalətsiz adlandırır
Tarix: 12-07-2025 19:28 | Bölmə: Siyasət

ABŞ-ın Meksikadan bütün idxal mallarına tətbiq etdiyi 30% rüsum ədalətsiz bir tədbirdir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikir Meksika Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin iyulun 11-də Vaşinqtonda ölkə departamentlərinin nümayəndələrinin ABŞ hakimiyyət orqanları ilə görüşünün yekunları üzrə birgə bəyanatında bildirilib.
Açıqlamada bildirilir ki, görüşdə tərəflər miqrasiya, sərhədlər və su idarəçiliyini müzakirə ediblər. İki ölkə arasında iqtisadi əlaqələr məsələsi də qaldırılıb.
"ABŞ-ın ticarət siyasətində əsaslı dəyişiklik çərçivəsində bütün ölkələrə avqustun 1-dən yeni tariflərin tətbiqi ilə bağlı ABŞ prezidentinin imzası ilə məktub alacağı açıqlanıb. Biz görüşdə bildirdik ki, bu tədbirləri ədalətsiz hesab edirik və onlarla razı deyilik", - nəşr yazır.
Avqustun 1-dən Meksikadan idxal edilən bütün mallara 30%-lik rüsumların tətbiqi iyulun 12-də məlum olub. Analoji tədbir Avropa İttifaqı ölkələrinə də təsir edib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəflərin avqustun 1-dək ticarət əlaqələrinin digər şərtləri ilə bağlı razılığa gələ bilməməsi halında Aİ-nin cavab tədbirləri görəcəyini deyib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər