Bütün xəbərlər
Putin Ukrayna üzrə danışıqları asanlaşdırmağa hazır olduğuna görə Ərdoğana təşəkkür edib
Tarix: 18-07-2025 20:12 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulda Ukrayna üzrə danışıqları asanlaşdırmağa davam etməyə hazır olduğuna görə təşəkkür edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki ölkə liderləri ikitərəfli əlaqələrin gələcək inkişafı üçün bir sıra aktual məsələləri də müzakirə ediblər.
“Ukrayna məsələsini müzakirə edərkən Vladimir Putin münaqişənin siyasi və diplomatik yolla nizamlanmasına dair prinsipial öhdəliyini təsdiqləyib və İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarını asanlaşdırmağa davam etməyə hazır olduğuna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib”, - məlumatda deyilir.
Prezidentlər Suriyadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Ərəb Respublikasında zorakılığın artması ilə bağlı dərin narahatlıqlarını ifadə edən Putin və Ərdoğan çoxkonfessiyalı Suriya cəmiyyətinin bütün üzvlərinin qanuni hüquqlarına hörmət etməklə dialoq yolu ilə vəziyyəti tez bir zamanda sabitləşdirməyin və milli razılığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan qaldırılan bütün məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəliblər", - Kreml qeyd edib.
Bundan əvvəl Ərdoğan bildirib ki, Putin də ölkəyə gələrsə, ABŞ prezidenti Donald Tramp Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün Türkiyəyə səfər etməyə hazırdır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər