Bütün xəbərlər
15-ci övladının doğulduğu ailəyə mükafat təqdim olunacaq
Tarix: 18-07-2025 09:26 | Bölmə: Sosial

Buryatiyanın Pribaykalski rayonundan olan İqor və Nadejda Bratyuşenkoların ailəsində on beşinci uşaq dünyaya gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bölgənin rəhbəri Aleksey Tsydenov bildirib ki, valideynlərə 100 min rubl mükafatla birlikdə respublikanın "Valideyn borcuna sədaqət" mükafatı təqdim olunacaq.
Onun sözlərinə görə, çoxuşaqlı ailə Pribaykalski rayonunun Talovka kəndində respublikadan mənzil sertifikatı ilə alınmış geniş, isti evdə yaşayır.
"Bu, millətin rəngi və qürurudur. Böyük ailə böyük Rusiyadır. Nə qədər çox olsaq, gücümüz də o qədər çox olar", - Tsydenov vurğulayıb.
O qeyd edib ki, ailədə 9 qız, 5 oğlan olub, hazırda altı oğlan var. Ən böyük uşağın 25 yaşı var.
Bundan əvvəl Kalmıkiya Xalq Xuralının deputatları yeni bayram - Çoxuşaqlı Ailələr Gününün təsis edilməsi barədə qərar qəbul ediblər. Onlar “Kalmıkiya Qadınları İttifaqı” ictimai hərəkatının müvafiq təşəbbüsünü bəyəniblər. Sentyabrın üçüncü bazar günü qeyd olunacaq.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər