Bütün xəbərlər
İlan Şor Zelenskinin imzaladığı sanksiya siyahısına daxil edilib
Tarix: 06-07-2025 18:28 | Bölmə: Siyasət

Moldovada müxalif “Qələbə” blokunun lideri İlan Şor Kiyevin sanksiya tətbiq etdiyi şəxslər siyahısına daxil edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Vladimir Zelenskinin Kiyev rejimi başçısının saytında dərc edilmiş fərmanından irəli gəlir.
Sənəddə 67 nömrə altında Şor İlan Myronoviç Moldova və Rusiya vətəndaşı kimi qeyd olunub.
Siyasətçiyə qarşı görülən tədbirlər sırasında, xüsusən də aktivlərin bloklanması, iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması, vizaların verilməsindən imtina və ləğvi, torpaqların alınmasına qadağa qoyulması var.
Zelenski Rusiyaya qarşı sanksiyalar paketini iyulun 6-da imzalayıb. O bildirib ki, sənədin qəbul edilməsində məqsəd Rusiya hərbi sənayesi ilə bağlı olduğu iddia edilən maliyyə və kriptovalyuta əməliyyatları ilə mübarizə zərurətidir.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər