Bütün xəbərlər
Snoop Dogg Uels Futbol Klubu "Suonsi"nin ortaq sahibi oldu
Tarix: 18-07-2025 09:03 | Bölmə: Karusel

Amerikalı reper və aktyor Snoop Dogg Britaniyanın "Suonsi" futbol klubunun yeni həmsahibi olub, Uels komandasının mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, musiqiçi Suonsi şəhərinin tarixinin ona təsir etdiyini bildirib. Repçinin sözlərinə görə, bu, qürurlu işləyən şəhər və klubdur. Həmişə özü kimi mübarizə aparan autsayder.
"Suonsi Siti"nin bir hissəsi olmaqdan qürur duyuram. Kluba kömək etmək üçün əlimdən gələni edəcəyəm", - Svans-ın mətbuat xidməti Snoop Dogg-dan sitat gətirir.
"Suonsi" 1912-ci ildə yaradılıb. Hazırda futbol klubu İngiltərənin ikinci ən vacib divizionu olan Çempionşipdə oynayır.
Aprel ayında Ballon d'Or qalibi Luka Modriç "Suonsi" klubunun ortaq sahibi oldu. 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi bir müddət əvvəl "Milan"a keçib.

.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər